Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2024 09:26
Narkotik alverçiləri üçün ölüm cəzası tətbiq etmədən ABŞ-da narkotik epidemiyasının öhdəsindən gəlmək mümkün deyil.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu fikri Amerikanın keçmiş lideri, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Fox televiziyasının efirində deyib.
"Bunun qarşısını almağın yeganə yolu narkotik alverçiləri üçün ölüm hökmünün tətbiq edilməsidir, amma ölkəmiz buna hazır olub-olmadığını bilmirəm. Fikir verin, hər bir narkotik alverçisi orta hesabla 500 nəfəri öldürür. Oğlunu, qızını və ya valideynini fentanildən itirmiş bir çox ailə tanıyıram", - Tramp vurğulayıb.