Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2024 23:40
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi İrəvanın Rusiyada xüsusi təlim keçən şəxslərin Ermənistanda hərbi çevriliş cəhdi ilə bağlı bəyanatını yumorla şərh edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Zaxarova bunu "Nyus.ru"nun müxbirinin sualını cavablandırarkən deyib.
"Ümid edirəm ki, "Komedi Klub" (Comedy Club) buna görə bağlanmayıb", - o gülərək bildirib.
Xatırladaq ki, daha əvvəl Ermənistan İstintaq Komitəsi ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarının hərbi çevriliş yolu ilə hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısını aldığını bəyan etmişdi. İstintaq Komitəsi qeyd etmişdi ki, qrup üzvləri Rostova gedərək, orada "Arbat" bazasında təlim keçiblər.