Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2024 07:00
Xalq artisti və iş adamı Emin Ağalarovun həyat yoldaşı, model Alyona Qavrilova lüks qarderobunu nümayiş edib.
Sonxeber.net olay-a istinadən bildirir ki, bununla bağlı Alyona sosial şəbəkə hesabında paylaşım edib.
Qavrilova qarderob otağında güzgü önündə çəkdiyi fotolarını izləyiciləri ilə bölüşüb.
37 yaşlı modelin yayımladığı şəkillərdə onun bir-birindən dəbli geyimləri eyni zamanda "Hermes", "Chanel", "Miu Miu", və digər lüks markalara məxsus çantaları yer alıb.
Qeyd edək ki, Emin Ağalarov və Alyona Qavrilova 2018-ci ildə ailə həyatı qurub, 2019-cu ildə onların Afina adlı qızları dünyaya gəlib. 2020-ci ildə cütlük ayrılmaq qərarına gəlib. 2021-ci ildə onlar yenidən birlikdə görünməyə başlayıblar, 2022-ci ildə isə müğənni müsahibəsində bildirib ki, Alyona ilə barışıblar. Bir neçə ay əvvəl isə cütlük ikinci dəfə rəsmi şəkildə evləniblər.
A. Qavrilova buna qədər biznesmen Rustam Tariko ilə 12 il münasibətdə olub. Cütlüyün 2007-ci ildə Ruslan adlı oğlu doğulub.