Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2024 09:14
"Qalatasaray"ın uruqvaylı ulduzu Lukas Torrera türkiyəli aktrisa Devrim Özkanla ailə həyatı qurmağa hazırlaşır. Cütlük artıq uzun müddətdir ki, sevgilidir.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi hazırda İstanbulda ev axtarışındadır. Torrera evliliklə bağlı məlumatı klub rəhbərliyi ilə bölüşüb.
Xatırladaq ki, 2022-ci ildən "Qalatasaray" forması geyinən Lukas Torerra müdafiəyə meyilli oyunqurucu mövqeyində çıxış edir. Futbolçu 1 ilə yaxındır ki, 26 yaşlı aktrisa ilə münasibətdədir. Devrim Özkan İstanbul nəhənginin radikal azarkeşidir və bütün ev oyunlarında stadiondan komandasına azarkeşlik edir.