Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2024 13:35
Aparıcı Xoşqədəm Hidayətqızı müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu qalmaqalı ilə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı Vəfanın video açıqlamasını tənqid edib.
"Bu nə biabırçılıqdır? Bu qadının danışdığı görəsən, doğrudur? Dünəndən uşaq evindən qaçan dəhşət dolu açıqlaması ilə minlərlə insanı göz yaşına boğan balaca balanın başına gələnlər və müvafiq qurumların atdığı addımlarla bağlı xəbər oxumaq üçün sayta daxil oldum. Amma bu xəbəri oxudum, gündəmimizə bax" deyə, aparıcı əlavə edib.
Qeyd edək ki, Şəbnəm və Vəfa eyni mahnını oxuyub və buna görə bir-birinin ünvanına qalmaqallı açıqlama verib.