Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2024 22:08
Almaniyada ilin əvvəlindən qaçqınların sayı təqribən 60 min nəfər artıb və 1950-ci illərdən bu yana rekord göstəriciyə çatıb.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin "Neue Osnabrucker Zeitung" qəzeti yayıb.
Bildirilib ki, hazırda Almaniyadan 3,5 milyona yaxın qaçqın var.
Onlardan 1,8 milyonu ukraynalı qaçqınlardır və 2023-cü ilin sonundan sayları 45 min nəfər artıb.
Qeyd edək ki, 2024-cü ilin ortalarında Almaniyada ölkədən çıxarılacaq şəxslər siyahısında təqribən 227 min şəxs olub. 2023-cü ilin sonundan onların sayı 16 min nəfər azalıb. Almaniyadan çıxarılacaq şəxslərin 80,5%-ini isə ölkələrindəki vəziyyətə görə deportasiya etmək mümkün deyil.
Onu da xatırladaq ki, sentyabrın 16-dan Almaniyanın bütün sərhədlərində sərhəd nəzarəti tətbiq edilib.