Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İordaniya əsrlərdir insanları qorxuda saxlayan təhlükəli xəstəlikdən xilas olan ilk ölkə oldu

İordaniya əsrlərdir insanları qorxuda saxlayan təhlükəli xəstəlikdən xilas olan ilk ölkə oldu

Tarix: 20 Sentyabr 2024 23:04

İordaniya Krallığı bəşəriyyətin ən qədim və qorxunc xəstəliklərindən biri sayılan cüzamdan tamamilə xilas olan ilk ölkə kimi tarixə düşüb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı bəyanat yayıb.

Bildirilir ki, "mycobacterium leprae" bakteriyası tərəfindən törədilən bu xəstəlik dəri, periferik sinirlər, selikli qişalar və gözləri zədələyərək ağır deformasiyalara və əlilliyə səbəb olur.

Xəstəlik müalicə oluna bilər və erkən müdaxilə əlilliyin qarşısını ala bilər.

Cüzam, həmçinin lepra kimi tanınan xəstəlik əsrlər boyu milyonlarla insanın əzab çəkməsinə və damğalanmasına səbəb olub. İordaniya cüzamla aktiv mübarizəyə hələ XX əsrin ortalarında başlayıb. Effektiv skrininq, müalicə və profilaktika proqramları sayəsində son 20 ildə ölkədə xəstəliyin heç bir yeni halı qeydə alınmayıb.


Etiketlər:  İordaniya əsrlərdir insanları qorxuda saxlayan təhlükəli xəstəlikdən xilas olan ölkə oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ