Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XIII əsrə aid “vampir məzarı” qazıldı – Qorxunc olay gün üzünə çıxdı - FOTO

XIII əsrə aid “vampir məzarı” qazıldı – Qorxunc olay gün üzünə çıxdı - FOTO

Tarix: 21 Sentyabr 2024 12:06

Polşada XIII əsrə aid başı kəsilmiş və küt alətlərlə əzilmiş uşağın qalıqları aşkar edilib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Archeology Mag" yazır.

"Bu vəhşi kəşf sizi orta əsrlər Polşasındakı ağlasığmaz təcrübə, həmçinin vampirlər haqqında çox sevilən və o dəhşətli mifin mənşəyi barədə düşünməyə vadar edir", - nəşr bildirir.

Güman edilir ki, azyaşlı oğlan vərəm xəstəsi olub. Bu, orta əsr insanlarının beyinlərində ağlasığmaz düşüncələr yaradan xəstəlik idi.

Elm adamları bununla həm də orta əsrlərdə mühüm dini-tarixi obyekt olan Helmdəki Xristian Uniate Kilsəsinin fövqəltəbii inanclarını üzə çıxarıblar.

"Dəfn ölülərin dirilməsinin qarşısını almağa yönəlmiş anti-vampir təcrübələrinin əlamətlərini açıq şəkildə göstərir", - qazıntıların aparıcı arxeoloqu, doktor Stanislav Qolub deyir.

Polşada bundan öncə də bir çox "vampir məzarları" aşkar edilib.

"XVII əsrdə Xorvatiyada ölümdən döndükdən sonra öldürülən bir adam barədə vampir mifi geniş populyarlıq qazanmışdı. Ancaq bu, orta əsrlərə aid bir sıra məzarlarla bağlı deyilənlərdən fərqli olaraq, real hadisə idi və Polşada terror rüzgarları əsdirmişdi", - məqalədə vurğulanır.

Bütün bunlar təsdiqləyir ki, vampir qorxusu əvvəllər düşünüldüyündən də uzaqlara gedib çıxır.


Etiketlər:  XIII əsrə vampir məzarı qazıldı Qorxunc olay gün üzünə çıxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ