Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Onlar özləri də bilir ki, atamı əvəzləyə bilməyəcəklər”

“Onlar özləri də bilir ki, atamı əvəzləyə bilməyəcəklər”

Tarix: 21 Sentyabr 2024 18:15

"Bizim səhnəmizin çox gözəl aktyorları var, amma məncə onlar özləri də bilir ki, Ələkbər əmini bəlkə gələcəkdə də heç kim əvəzləyə bilməyəcək. Atam səhnə üçün doğulmuşdu. Teatrda da çıxış edirdi, filmlərdə də çəkilirdi, televiziyada da işləyirdi. Biz özümüz də həmin verilişlərdə böyümüşük. İndiyə qədər də o uşaqlarla əlaqələrimiz var, görüşürük"

Sonxeber.net bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Ələkbər Hüseynovun oğlu Cavidan Hüseynov deyib. O daha sonra əlavə edib.

"Əmi sözünü artıq soyad kimi deyirdilər. Atam bütün uşaqlara öz balası kimi doğma münasibət göstərirdi. Hətta bir dəfə tamaşadan sonra bir valideyn öz övladı ilə atama yaxınlaşıb deyib ki, uşağa nə qədər tərbiyə veririksə verək bizim sözümüzə baxmır. Atam 15 dəqiqə vaxt istəyərək uşaqla otağa keçib. Üstündən bir neçə ay sonra həmin uşaq yenə anası ilə tamaşaya gəlib. Anası atama deyib ki, bilmirəm siz ona nə etdiz ki, o belə sözəbaxan uşaq oldu?! Atam uşaqların psixologiyasını yaxşı bilirdi. Hər uşağa individual yanaşırdı" deyə sənətkarın oğlu bildirib.
 
Cavidan Hüseynov bildirib ki, atasının arzuları çox idi.

"Xəstəxanada olmasına baxmayaraq ssenarilər hazırlayırdı. Deyirdi ki, filan tamaşanı quracam, filmlərdə çəkiləcəm. Səhnə, sənət üçün yaşayan bir insan idi. Heç vaxt üzülmürdü. Hansısa iş alınmasaydı belə ruhdan düşmürdü. Həmişə də mənə deyirdi ki, ya işində birinci ol, ya da olma. Qarşısına qoyduğu məqsədlərə çatırdı. Hər bir övladın atasının məsləhətinə, sözünə ehtiyacı olur. Mənim də həyatımda elə məqamlar olur ki, fikirləşirəm atam yanımda olsaydı mənə nə deyərdi? Bilirəm ki, ruhu daim bizimlədir" deyə sənətkarın oğlu deyib.


Etiketlər:  Onlar özləri bilir atamı əvəzləyə bilməyəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ