Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə ağır qəza: onlarla turist xəsarət alıb

Türkiyədə ağır qəza: onlarla turist xəsarət alıb

Tarix: 22 Sentyabr 2024 08:06

Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası olub.

Bu barədə Milli.Az report.az-a istinadən xəbər verir.

Məlumata görə, Tarsus-Adana-Gaziantep avtomobil yolunda turist avtobusu idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü də daxil olmaqla 20 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşınları, polis və jandarm qüvvələri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə Nurdağı Dövlət Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Türkiyədə ağır qəza onlarla turist xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ