Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2024 19:44
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə çempionatının bir sıra klublarının "şəhərlilər"ın liqanın maliyyə qaydalarını mümkün pozduğuna görə cəzalandırılmasını istəməsi ilə bağlı fikirlərini bölüşüb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, mütəxəssis bu sözləri deyib: "Deyəsən, bizim təkcə Premyer Liqadan qovulmağımızı gözləmirlər, onlar bizim yer üzündən silinməyimizi istəyirlər. Qeyd etmək istərdim ki, rəqiblərimizdən qat-qat uğurlu günlər keçirmişik, buna görə də bu qədər çox qalib gəlirik".
Qeyd edək ki, "Mançester Siti" 2009-2018-ci illər arasında maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunur. "Mançester Siti"nin etdiyi maliyyə ödənişlərini tam açıqlamadığı güman edilir. Əgər bu təsdiqlənərsə, komandanın 100-ə yaxın xalı silinə bilər.