Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bosniya və Herseqovinada zəlzələ baş verdi

Bosniya və Herseqovinada zəlzələ baş verdi

Tarix: 22 Sentyabr 2024 23:00

Bosniya və Herseqovinada 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Bosniya və Herseqovinada iki inzibati vahiddən biri olan Serb Respublikasının Hidrometeorologiya İnstitutunun Seysmoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanın episentri Tesliç bələdiyyəsindən 18 kilometr aralıdakı Donyi Oçauşda olub. Zəlzələnin köhnə və az tikilmiş binalara cüzi ziyan vurduğu bildirilib. Yeraltı təkan episentral zonada güclü hiss edilib.

İlkin yoxlamalara görə, insan tələfatı və dağıntı olmayıb.


Etiketlər:  Bosniya Herseqovinada zəlzələ baş verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ