Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mourinyo start heyətin 6 futbolçusunu ehtiyata göndərir

Mourinyo start heyətin 6 futbolçusunu ehtiyata göndərir

Tarix: 23 Sentyabr 2024 10:38

Joze Mourinyo "Qalatasaray"a qarşı oyundan sonra radikal addımlar atmaq qərarı verib.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, portuqaliyalı mütəxəssis derbidə start heyətin ən azı 6 futbolçusunu ehtiyata göndərəcək. Mourinyo sentyabrın 26-da "Yunion"a qarşı Avropa Liqası oyununda aşağıdakı futbolçulara ilk "11-lik"də şans verəcək:

Qapıda İrfan Can Eğribayatın şansı artıb. Futbolçu uzun müddət ehtiyat heyətdə idi. 

Mourinyo orta sahədə Mert Hakan Yandaş və Sofyan Ambaratı görmək istəyir. Cengiz Ünder, Filip Kostiç və Cenk Tosuna da start heyətdə şans veriləcək.

Qeyd edək ki, "Fənərbağça" hazırda turnir cədvəlinə liderlik edən "Qalatasaray"dan 5 xal geridədir.

Milli.Az


Etiketlər:  Mourinyo start heyətin futbolçusunu ehtiyata göndərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ