Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail “Hizbullah”ın hədəflərinə yeni irimiqyaslı hücumlar dalğası həyata keçirib

İsrail “Hizbullah”ın hədəflərinə yeni irimiqyaslı hücumlar dalğası həyata keçirib

Tarix: 24 Sentyabr 2024 21:22

İsrail ordusu Livandakı "Hizbullah" hərəkatının hərbi hədəflərinə qarşı yeni irimiqyaslı zərbə dalğasının başladığını elan edib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

"Hazırda İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın Livandakı terror qruplaşmasının hədəflərinə irimiqyaslı zərbələr endirir", - məlumatda qeyd edilir.

Məlumatda o da deyilir ki, təfərrüatlar daha sonra açıqlanacaq.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ordunun "Hizbullah"a zərbələr endirməyə davam etdirəcəyini bildirmişdi.


Etiketlər:  İsrail Hizbullahın hədəflərinə yeni irimiqyaslı hücumlar dalğası həyata keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ