Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təcridxanasında cəza çəkən qardaşına narkotik keçirmək istədi, qarşısı alındı

Təcridxanasında cəza çəkən qardaşına narkotik keçirmək istədi, qarşısı alındı

Tarix: 2 Dekabr 2019 09:30

Bakı. Samir Əli - Trend:

Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əliyev Röyal Mansur oğluna qardaşı Kürdəmir rayon sakini Əliyev Əhliman Mansur oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatın yığıldığı parça çantanın hər iki dəstəyinin içərisində xüsusi üsulla tikilərək gizlədilmiş bükülülərdə narkotik maddə - ümumi çəkisi 6.883 qram heroin və 1.004 qram metanfitamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Təcridxanasında cəza çəkən qardaşına narkotik keçirmək istədi qarşısı alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ