Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xanımı ilə FOTOsunu paylaşıb bunları yazdı

Xanımı ilə FOTOsunu paylaşıb bunları yazdı

Tarix: 26 Sentyabr 2024 07:45

Aparıcı Azər Süleymanlı həyat yoldaşı Aydanla bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanımının ad günü olduğunu bildirən aparıcı bunları yazıb:

"Bəzən düşünürəm ki, görəsən, Allah səni hansı əməlmin mükafatı olaraq verib mənə? Mən görəsən, nə etmişəm və ya nə edim ki, layiq ola bilim sənə?. Qəlbimin sonuncu atışına qədər minnətdaram - nəfəsinlə qızdırdığın dünyanın ən isti evinə, o evin hər dəfə sevinclə qapısına uzanan əlinə, ən çətin anlarımda belə çıraq kimi yanan ümidli gözlərinə, verdiyin güvənə, hər qoxladığımda cənnət qoxusunu daddığım balalarımın ətrinə, onların hər birinə və daha nələrə, nələrə, nələrə görə. Doğulduğun gün mübarək, varlığı mübarəkim".

Qeyd edək ki, cütlüyün bir qız və bir oğul övladı var.

Milli.Az


Etiketlər:  Xanımı ilə FOTOsunu paylaşıb bunları yazdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ