Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Avroviziya'' üçün 154 mahnı göndərilib

''Avroviziya'' üçün 154 mahnı göndərilib

Tarix: 26 Sentyabr 2024 08:25

Artıq bir neçə gündür "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçrədə keçiriləcək "Avroviziya-2025" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu günə qədər müsabiqə üçün 154 mahnı göndərilib. Bu haqda İctimai TV məlumat yayıb.

"Bu il "Avroviziya 2025" mahnı müsabiqəsində iştirak şansı üçün 154 mahnı müraciəti qeydə alınıb. Sevindirici haldır ki, ötən il ilə müqayisədə yerli musiqiçilərin müraciət nisbəti 43 faizdən 49 faizə yüksəlib. Hazırda mahnılar ələnmə mərhələsindədir" deyə, məlumatda qeyd edilib. 

Qeyd edək ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda keçiriləcək. Biletlər ilin sonunda satışa çıxarılacaq. 

Bu il yarışmanın qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub.

Milli.Az


Etiketlər:  Avroviziya üçün mahnı göndərilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ