Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Puqaçova və qızı Rusiyadan qovulacaq?

Puqaçova və qızı Rusiyadan qovulacaq?

Tarix: 26 Sentyabr 2024 09:12

Müdafiə Komitəsi sədrinin birinci müavini və Dövlət Dumasının deputatı Aleksey Juravlev "Life"a müsahibəsində Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı, Əməkdar artist Kristina Orbakayteni ölkədən qovmağa çağırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, deputat müğənnilərin Rusiaydakı daşınmaz əmlaklarını sakitcə satmalarından qəzəblənib. Onun sözlərinə görə, Puqaçova və Orbakaytenin Rusiyadakı daşınmaz əmlaklarını satmaq imkanı olmamalıdır. Belə ki, onlar Rusiya büdcəsindən ödənilən konsertlərdən əldə etdikləri milyardlarla rublla həmin mənzilləri alıblar.

Qeyd edək ki, Kristina ailəsi ilə birlikdə uzun müddətdir Amerikada yaşayır. Orbakayte Rusiyanın Ukraynaya qarşı hərbi hücumlarını pisləyənlər arasında yer alıb. Bu hadisədən sonra isə Alla Puqaçova uşaqları və əri, teleaparıcı Maksim Qalkinlə birlikdə Rusiyanı tərk edib.

Milli.Az


Etiketlər:  Puqaçova qızı Rusiyadan qovulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ