Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu maşına sərvət xərcləyib - Amma sürə bilməyəcək

Bu maşına sərvət xərcləyib - Amma sürə bilməyəcək

Tarix: 27 Sentyabr 2024 14:12

Markus Raşford özünə daha bir lüks avtomobil alıb. Bununla belə, o, yaxın bir neçə ay ərzində maşın sürməyəcək.

Milli.Az lent.az-a istinadən bildirir ki, Raşfordun cəmi 26 yaşı olmasına baxmayaraq, o, lüks avtomobil kolleksiyası ilə tanınır. Onun "Rolls-Royce", iki "Lamborghi"ni və "McLaren" avtomobili var.

"Mançester Yunayted" ulduzunun kolleksiyası yenicə genişləndirilib. Xəbərə görə, ingilis yeni "Bentley Flying Spur Azure"un sahibi olub.

Limuzin 550 at gücü hasil edən dörd litrlik V8 mühərriki və geniş avadanlıqla təchiz olunub. Avtomobildə dəri oturacaqlar, multimedia ekranları, panoramik dam və elektrik jalüzləri var.

Reşfordun avtomobilə 200 min funt sterlinq xərclədiyi iddia edilir.

Bu yaxınlarda ingilis M50 şossesində sürət həddini aşdığı üçün altı ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Reşford bu mövsüm "qırmızı şeytanlar" üçün vacib bir halqa olaraq qalır. O, səkkiz oyunda iştirak edib, üç qol vurub və bir məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  maşına sərvət xərcləyib Amma sürə bilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ