Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı futbolçu qəzaya düşdü

Azərbaycanlı futbolçu qəzaya düşdü

Tarix: 27 Sentyabr 2024 19:20

Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov qəzaya düşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, veteran futbolçunun idarə etdiyi "Pajero" markalı avtomobil 9-cu mikrorayon ərazisində işıqforda "Nissan" markalı maşınla toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, "Nissan" markalı avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, Aslan Kərimov karyerası ərzində "Neftçi", "Dinamo" (Bakı), "Azəri", "Qarabağ", "Kəpəz", "ANS Pivani", "Şəmkir" və "Sumqayıt", həmçinin Rusiyanın "Baltika Kalininqrad" klublarında çıxış edib. O, Azərbaycan millisində 80 oyun keçirib və 1 qol vurub.

Milli.Az


Etiketlər:  Azərbaycanlı futbolçu qəzaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ