Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Burak rusiyalı qadın fanatlarını görüb ''özünü itirdi'' - FOTO

Burak rusiyalı qadın fanatlarını görüb ''özünü itirdi'' - FOTO

Tarix: 28 Sentyabr 2024 09:12

Aktyor Burak Özçivit addımı ilə hər kəsi şoka salıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, o Rusiyanın Soçi şəhərində fanatları ilə görüşüb.

Bu barədə "Söylemezsem Olmaz" proqramında bildirilib.

Aktyor Rusiyada böyük maraq və coşqu ilə qarşılanıb. Onun pərəstişkarları ilə yaxın və səmimi görüntüləri lentə alınıb.

Hətta Burak fanatlarından birinin yanağına sığal çəkərkən görüntülənib.

Kamerlara düşən başqa bir görüntüdə isə aktyorun başqa bir xanım pərəstişkarının sinəsinə baxdığı kadr əks olunub.

Görüntüləri görən proqramın aparıcısı Pınar Eliçe Burakın bu addımını qınayıb.

"Ailəsi olmasaydı, bunların heç birini danışmazdıq. "Subay kişidir" deyirdik. Amma burada bir ailəsi, arvad-uşağı var. Bu mənim başa düşə bilmədiyim bir şeydir. Bir qadın ərini necə belə təqdim edə bilər? Mən bunu başa düşə bilmirəm. Burak və Fahriyenin evliliyindən şübhələnirəm" - deyə, aparıcı bildirib.

Milli.Az


Etiketlər:  Burak rusiyalı qadın fanatlarını görüb özünü itirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ