Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bizi aldatdılar, Putini savaşa məcbur etdilər - Kennedi

Bizi aldatdılar, Putini savaşa məcbur etdilər - Kennedi

Tarix: 28 Sentyabr 2024 11:22

ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya hakimiyyətini Ukraynada hərbi əməliyyatlara başlamağa təhrik edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ prezidentliyinə keçmiş namizəd kiçik Robert Kennedi deyib.

"İşğaldan iki gün əvvəl Kamala Harris Almaniyaya getdi və ilk dəfə olaraq açıq şəkildə bildirdi ki, biz NATO-nu Ukraynaya qədər genişləndiririk. Bu, təxribat idi. Bunu hamımız başa düşməliyik.

Bu müharibə haqda ilk gündən bizə yalan deyilib. Bizə dedilər ki, bu, səbəbsiz işğaldır. Bizə deməyiblər ki, Vladimir Putin və bütün digər Rusiya liderləri 30 ildir elan edirlər: "Əgər Ukraynaya girsəniz, cavab olaraq hərbi əməliyyatlara başlayacağıq, bu, bizim üçün qırmızı xəttdir", - R.Kennedi vurğulayıb.

Milli.Az


Etiketlər:  Bizi aldatdılar Putini savaşa məcbur etdilər Kennedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ