Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Tarix: 28 Sentyabr 2024 11:40

Dünya bazarlarında neftin qiyməti 72 dollara yaxınlaşıb.

Sonxeber.net xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,53% artaraq 1 barelə görə 71.98 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,75% artaraq 1 barelə görə 68.18 ABŞ dollarına yüksəlib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Etiketlər:  Azərbaycan nefti bahalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ