Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2024 22:26
İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.
Milli.Az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari deyib.
Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.
"İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - o bildirib.
-------
21:57
İsrail hava məkanını bağlayıb.
APA xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Uçuşlar İsraildən kənarda alternativ istiqamətlərə yönəldilir.
--------
İranın İsrailə hücumunun ilk dalğasında raketlərin 80%-i nəzərdə tutulan hədəfləri vurub, ikinci raket hücumları dalğası yoldadır.
APA xəbər verir ki, bu barədə "Fars News" məlumat yayıb.
-------
"İsrail dərhal cavab verməli və İranın bütün nüvə və neft infrastrukturunu məhv etməlidir", - İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman deyib.
-------
İsrail ordusu əhalinin sığınacaqları tərk etməsinə icazə verib.
TASS-a yazır ki, artıq İrandan gələn təhlükə yoxdur.
-------
İranın İsrailə hücumundan sonra "Brent" markalı neftin bir barelinin qiyməti 75 dolları ötdü
------
İran ərazisindən İsrailə raket zərbələri endirilir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrailin ordusunun mətbuat xidməti məlumat yayıb.
Milli.Az