Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır

İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır

Tarix: 1 Oktyabr 2024 23:24

İsfahan və Kirmanşah şəhərlərində hərbi baza və əhəmiyyətli dövlət obyektlərinə yaxın ərazilərdə yaşayan vətəndaşlar evlərini tərk edirlər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli sosial media istifadəçiləri məlumat yayıblar.

Bildirilir ki, həmin şəhərlərdə yerləşən hərbi bazarlardan İsrailə raket hücumları edilib.

"Sakinlər İsrailin cavab hücumlarından qorxduqları üçün daha təhlükəsiz bölgələrə getməyə çalışırlar", - məlumatlarda deyilir.

Qeyd olunur ki, hökumət məmurları sakinlərin evlərini tərk etmələrinə mane olduqları üçün bəzi yerlərdə qarşıdurmalar yaranıb.

Xatırladaq ki, İran öz ərazisindən İsrailə kütləvi raket zərbələri endirib. İsrail bunu cavabsız qoymayacağını elan edib.

Milli.Az


Etiketlər:  İsrailin cavabı olacaq İranda panika əhali qaçır


RƏYLƏR