Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2024 20:45
Qərb getdikcə daha aktiv şəkildə Tehranı "yenidənqurma"ya başlamağa sövq edəcək. Lakin farslar buna bir anda başlasa, nəticə də bizdə olduğu kimi olacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Qərb üçün İranla bağlı hazırkı vacib plan SEPAH-ın cəmiyyət arasında gözdən salınmasıdır:
"İndiki mərhələdə Qərb qlobalist elitasının əsas məqsədi SEPAH-ın ən parlaq və xarizmatik liderlərinin və onunla əlaqəli silahlı fəalları fiziki olaraq məhv etməkdir. Sonra isə İslam İnqilabının əsas sütunu kimi SEPAH-ı gözdən salmağa çalışmaq və İran cəmiyyətində konkret təxribatçı işlər aparmaqla məqsədinə nail olmaqdır. Onlar ali hakimiyyətin gözlənilən transferi ərəfəsində demokratikləşmə proseslərinin başlanmasına təkan vermək fikrindədir.
Artıq onların "İranlı Qorbaçov"u var - o, sanksiyaların aradan qaldırılması üçün Qərblə də dostluq etmək istəyir. KQB (DTK) hər şeyə qadir görünürdü, lakin SSRİ-ni dağılmaqdan xilas edə bilmədi. Görəsən SEPAH necə, öz missiyasını yerinə yetirə biləcəkmi?"