Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi saya oturdu

Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi saya oturdu

Tarix: 3 Oktyabr 2024 08:48

Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında üzən "Florica" gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var", - agentliyin həmsöhbəti bildirib.

Məlumata görə, gəmi Rostov-Dondan Samsun limanına gedirmiş. Gəmini saydan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.

Milli.Az


Etiketlər:  Göyərtəsində azərbaycanlının olduğu gəmi saya oturdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ