Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bütün meyxanalarımı yutubdan silsinlər'' - VİDEO

''Bütün meyxanalarımı yutubdan silsinlər''  - VİDEO

Tarix: 3 Oktyabr 2024 21:05

Meyxanaçı Ağamirzə Məmmədov "7 tamam" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, meyxanaçı bütün platformalardan meyxanalarının silinməsini istəydiyini bildirib:

"Meyxana olmasa, ondan uzaqlaşsam, 6 ay yaşamaram. Bu, Allahın mənə verdiyi nemətdir. Bəzən deyirlər ki, yaşın keçib qoşulma. Ümumiyyətlə çox şeylərdən küsürəm, büruzə vermirəm. Elə sakitlik istəyirəm ki... Arzumdur ki, yutubdan bütün meyxanalarımı silsinlər. Bir şey paylaşırsan, min şey yazırlar. Maşınımın qarşısında şəkil paylaşıram, altından yazırlar ki, özünü reklam edir. İnciməkdən keçib, çox şeydən küsmüşəm".

Milli.Az


Etiketlər:  Bütün meyxanalarımı yutubdan silsinlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ