Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnəyə abidə ucaltmağa çağırdı - FOTO

İnəyə abidə ucaltmağa çağırdı - FOTO

Tarix: 4 Oktyabr 2024 19:14

Belarus Prezidenti Aleksandr Lukaşenko inəyə abidə ucaltmağa çağırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Lukaşenko bu haqda "Paroxonskoye" sovxozunda olarkən danışıb.

Belarus liderinin sözlərinə görə, Böyük Vətən Müharibəsi və müharibədən sonrakı dövrdə heyvanın tarixi rolu əbədiləşdirilməlidir.

"Biz inəyə abidə ucaltmalıyıq. İnək sayəsində partizanlar və uşaqlar sağ qalıb. Müharibədən sonra inəyin sayəsində sağ qaldıq. İndi də o, bizi yedizdirir", - Lukaşenko əlavə edib.

Prezidentin sözlərinə görə, onun şəxsi təsərrüfatında inəyi də var.

Milli.Az


Etiketlər:  İnəyə abidə ucaltmağa çağırdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ