Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Teşkilat”dan sonra yenidən eyni serialda - FOTOlar

“Teşkilat”dan sonra yenidən eyni serialda - FOTOlar

Tarix: 5 Oktyabr 2024 03:04

Türkiyəli aktyor Çağlar Ertuğrul və aktrisa Deniz Baysal üçüncü dəfə tərəf müqabili olublar.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, tanınmış simalar bu dəfə "Kalpazan" serialında baş rolu paylaşıblar.

Tezliklə başlayacaq serialın ilk anonsu artıq yayımlanıb.

Qeyd edək ki, Çağlar Ertuğrul və Deniz Baysal bundan öncə "Fazilet hanım ve kızları" və "Teşkilat" seriallarında partnyor olaraq çalışıblar.

Onların 3-cü dəfə ekran işində bir araya gəlməsi isə izləyicilər tərəfindən maraqla qarşılanıb.

Milli.Az


Etiketlər:  Teşkilatdan sonra yenidən eyni serialda FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ