Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zurabişvili: Baş nazir postuna namizəd tapmışam

Zurabişvili: Baş nazir postuna namizəd tapmışam

Tarix: 6 Oktyabr 2024 23:10

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, onun baş nazir postuna siyasi keçmişi olmayan namizədi var.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Zurabişvili "Pirveli" telekanalına müsahibəsində deyib.

Zurabişvili baş nazirliyə namizədin adını açıqlamayıb, lakin qeyd edib ki, o, seçdiyi namizədi müxalifət partiyaları ilə müzakirə edəcək, onların nümayəndələri ilə görüşlər bazar ertəsi başlayacaq.

Ölkənin baş naziri olmağa hazırdırmı, bu barədə düşünübmü sualına Zurabişvili belə cavab verib:

"Düşüncəm barədə burda cavab verməyəcəyəm. Mənim çox yaxşı namizədim var.Əvvəlcə bir nəzər salaq!

Həyatda heç nəyi istisna etmək olmaz, bu illər ərzində öyrəndiyim çətin dərsdir. Hesab edirəm ki, bu gün biz düzgün yoldayıq və bu yolla gedəcəyik".

Milli.Az


Etiketlər:  Zurabişvili Baş nazir postuna namizəd tapmışam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ