Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2024 19:50
SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-mayor İsmayıl Qaani sağdır və yaxın günlərdə ölkə rəhbəri Əli Xamenei ona "Fəth" nişanı verəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri SEPAH komandirinin müşaviri İbrahim Cabbari deyib.
O, Qaaninin harada olduğu və niyə görünmədiyi barədə açıqlama verməyib.
Qeyd edək ki, 27 sentyabrda Beyruta edilən hücumlardan sonra Qaani ilə əlaqə kəsilib. Qətərli vasitəçilər də Qaani ilə əlaqə saxlaya bilmədiklərini təsdiqləyiblər.
Bu, onun İsrailin hava zərbələri nəticəsində həlak olması barədə ehtimalları artırıb.