Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2024 02:05
"Sənətimə gərək vaxtında qiymət verilərdi. Amma verilməyib. İndi söhbət sənətdən getmir. Sənət var? Guya, mən bu sənətlə nə etdim ki? Hansı dövr və zəmanədən danışırıq? Hansı sənətə qiymət verirlər? Mən oxuyuram ki, ac qalmayım. Özümü bəzəyib, dağın başına qoymaq məsələsi deyil. Mən nə varsa, onu da deyirəm. Mən oxuyuram ki, kiməsə deməyim ki, mənə pul ver".
Sonxeber.net olay-a istinadən bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Rəngarəng" verilişində deyib.
Sənətçi bildirib ki, maddi sıxıntılar səbəbi ilə kişi həmkarından borc pul istəsə də, qarşı tərəf onu çox sayda insanın içində biabır edib:
"Bir vaxtlar əlacım kəsilmişdi. Maddı sıxıntım oldu. Bir şəxsə müraciət etdim. O şəxs millətin içində mənim üzümə vurdu. Özü də təhqir formasında. O dedi ki, mən sənə bunu etdim. Həmin şəxs kişi cinsindədir və "Əməkdar artist" fəxri adı var. O şəxs millətin, kişilərin içində mənim üzümə vurdu. Onun bu elədiklərinə cavab ayrı cür verildi. Ömür boyu varımı-yoxumu ətrafımdakılar bilməyib. Çünki onların ümud yeri mənəm. Mən həmin saniyə özümü yetirirəm ki, bacardığım qədər, özüm boğula-boğula yaşasam da, onların maddi problemlərini çözüm. Çünki mənə elə bir şeylər olunub ki, mən qarşımdakılara eləmərəm".