Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sentyabrda Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib

Sentyabrda Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib

Tarix: 11 Oktyabr 2024 10:44

Bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 466 gəmi qəbul edib.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 174, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 292 olub.

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 46 min 314 gəmi qəbul edib.

"Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 183, Türkiyə bayrağı altında olan gəmilər isə 30 min 131 olub", - deyə nazirlikdən bildirilib.


Etiketlər:  Sentyabrda Türkiyə limanları mindən çox gəmi qəbul edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ