Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Van Dammın azərbaycanlı gəlinindən qaynı ilə FOTOlar

Van Dammın azərbaycanlı gəlinindən qaynı ilə FOTOlar

Tarix: 11 Oktyabr 2024 13:00

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə paylaşımı ilə diqqət çəkib. 

Sonxeber.net olay-a istinadən bildirir ki, Suada əri Kristoferin rəssam qardaşı Nikolas Van Dammı doğum günü münasibəti ilə təbrik edib. 

S. Hacızadə Nikolasın rəsm sərgisi zamanı çəkilən xatirə fotolarını instaqram səhifəsində paylaşaraq "Ad günün mübarək qardaşım! Həyatımızda olduğunuz üçün xoşbəxtəm, səni çox sevirik" şərhini yazıb. 

Qeyd edək ki, Nikolas və Kristofer eyni anadan dünyaya gəlməyiblər. Belə ki, Nikolas Van Dammın 1994-1997-ci illərdə ailə qurub, yaşadığı Darsi Lyapyer adlı xanımdan dünyaya gəlib. Kristofer və bacısı Byanka isə aktyorun ilk evliliyindən olan övladlarıdır. 


Etiketlər:  Dammın azərbaycanlı gəlinindən qaynı ilə FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ