Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arılardan xilas olmaq istəyərkən 17 evi yandırdı: Tragikomik hadisə - FOTO

Arılardan xilas olmaq istəyərkən 17 evi yandırdı: Tragikomik hadisə - FOTO

Tarix: 11 Oktyabr 2024 18:52

Rusiyanın Rostov vilayətində tragikomik hadisə baş verib. Belə ki, yerli sakin tingləri əkərkən torpaq arılarının yuvasından xilas olmağa çalışıb, ancaq 17 evin məhv edilməsi ilə nəticələnən odlu fəlakət törədib.

Sonxeber.net bildirir ki, oxu.az-ın verdiyi məlumata görə, bu barədə regional Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, kişi arılardan xilas olmaq üçün onların yuvasını yandırmağa qərar verib. Lakin güclü külək və quru bitki örtüyü səbəbindən alov sürətlə qonşu sahələrə yayılıb. Vəziyyət bir neçə dəqiqə ərzində nəzarətdən çıxıb və yaxınlıqdakı yaşayış evlərini bürüyüb.

Yanğın nəticəsində ümumilikdə 17 tikili məhv olub.

Xəsarət alan olmasa da, maddi zərərin çox olduğu vurğulanıb.


Etiketlər:  Arılardan xilas olmaq istəyərkən yandırdı Tragikomik hadisə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ