Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə hava limanına ildırım düşdü: yaralanan var

Türkiyədə hava limanına ildırım düşdü: yaralanan var

Tarix: 13 Oktyabr 2024 16:54

Türkiyənin Rizə-Artvin hava limanına ildırım düşüb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Rizə-Artvin-İstanbul reysi havaya qalxmazdan əvvəl hava limanına ildırım düşüb. İldırım vurması nəticəsində təyyarənin göyərtə operatoru huşunu itirərək yıxılıb", - məlumatda qeyd olunub.

Bildirilib ki, davam edən ildırım çaxmaları səbəbindən hava limanının uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.


Etiketlər:  Türkiyədə hava limanına ildırım düşdü yaralanan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ