Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2024 20:30
KXDR Cənubi Koreyaya məxsus pilotsuz təyyarənin öz hava məkanında yenidən peyda olmasını müharibə elanı kimi qiymətləndirəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə KXDR Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi deyib.
"Biz inanırıq ki, Koreya Respublikasının hərbçiləri pilotsuz təyyarələrin müdaxiləsi ilə bağlı insidentlərdə iştirak edir.
Bir daha xəbərdarlıq edirik ki, PUA yenidən peyda olarsa, bunu respublikamıza müharibə elanı kimi qiymətləndirəcəyik və müvafiq addım atacağıq", - deyə bildirilib.