Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində yeni virus aşkarlandı

Çində yeni virus aşkarlandı

Tarix: 16 Oktyabr 2024 01:02

Çin alimləri gənə ilə ötürülən virus aşkar ediblər.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, Monqolustanda bir şəxs parkda gənə dişləməsindən sonra qızdırma, baş ağrısı və qusma əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Tədqiqatçılar xəstədən götürülmüş qan nümunəsində virus aşkar ediblər.

Bu virus Krım-Konqo hemorragik qızdırması virusuna yaxın növdür, ölüm nisbəti 30 faiz təşkil edir.

Virusun adı "Bataqlıq Virusu"dur.

Araşdırmalar nəticəsində, qoyun, donuz və atlarda bu virus aşkar edilib. Bu heyvanların virus daşıyıcısı ola biləcəyi irəli sürülüb.

İndiyədək bataqlıq virusu yalnız Çinin şimal-şərqində aşkar edilib.

Gənə xəstəliklərindən qorunmaq üçün meşələrdə və çəmənliklərdə gəzərkən uzun şalvar geyinmək lazımdır.

Əgər sizi gənə dişləyibsə, birbaşa həkimə müraciət etməlisiniz.


Etiketlər:  Çində yeni virus aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ