Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə güclü zəlzələ: 3 bina qismən çökdü, 4 nəfər... - RƏSMİ - YENİLƏNİB - VİDEO - FOTO

Türkiyədə güclü zəlzələ: 3 bina qismən çökdü, 4 nəfər... - RƏSMİ - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 16 Oktyabr 2024 15:04

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb.

Sonxeber.net bildirir ki,  bu barədə Malatya valisi Səddar Yavuz jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkanları sürətlə düşdüyünə görə xəsarət alıb.

--------

13:21

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.

Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"-də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.

Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.

A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

---------

12:25

İlkin məlumata görə ölən yoxdur.

Malatyada məktəblərdə 1 günlük tədris dayandırıldı.

-------

12:05

Türkiyədə güclü zəlzələ olub.

Sonxeber.net xəbər verir ki, Malatyada 5.9 ballıq zəlzələ baş verib.

AFAD-ın yaydığı məlumatda qeyd olunur ki, zəlzələ Diyarbakır, Elazığ və Malatyada hiss olunub.

Zəlzələ Türkiyə vaxtı ilə 10:46-da baş verib.


Etiketlər:  Türkiyədə güclü zəlzələ bina qismən çökdü nəfər RƏSMİ YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ