Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2024 14:06
Türkiyədə "Yeni doğulan Cinayətlər Təşkilatı" kimi adlanan dəstənin üzvlərinin hüquq-mühafizə orqanlarına verdikləri ifadələr ortaya çox qorxunc hadisələri çıxarıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə CNN Türk məlumat yayıb.
İfadələrdən məlum olub ki, onlar körpələrin meyitlərini belə satırmışlar. Cənazələri tibb bacıları vasitəsilə 80 min TL müqabilində ailələrə geri qaytarırmışlar.
Məlum olub ki, dəstə üzvləri bir çox körpənin ölümünə belə səbəb olublar. "Yeni Doğulan Cinayətlər Təşkilatı"na qarşı açılan işin təfərrüatları hələ üzə çıxmaqda davam edir.
Meyitə görə, pul vermək istəməyən ailələri və tibb işçilərini qorxuzurlarmış ki, uşağı kimsəsizlər qəbiristanlığında basdırarıq, qəbrini belə tapa bilməzsiniz. Dəstə üzvləri bu cür təhdidlərlə ailəni qapıda qarşılayır və cənazəni təhvil verirlərmiş.
---------------
2024.10.19
İstanbulda körpələri əlaqəli xəstəxanalara yönləndirərək qanunsuz gəlir əldə edən və laqeyd davranışları ilə onların ölümünə səbəb olan bir qrupun peşman olmuş üzvlərinin ifadələri ortaya çıxıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Dəhşətli təfərrüatları danışan şübhəlilərdən biri, tibb işçisi Hakan Doğukan Taşcı həkimin əvəzinə tibbi sənədlər yazdığını, qanunsuz dərman satdığını etiraf edərək, peşman olduğunu bildirib. Digər şübhəli, tibb işçisi Hasan Basri Gök isə xəstəxanaya gətirilən bir körpənin ağır narkotik dərmanlarla yuxuya verildiyini, sonra körpəyə müdaxilə edilməsinə baxmayaraq ürək anomaliyası səbəbindən getdikcə göyərməyə başladığını, lakin verilən dərmanlarla körpənin xəstəxanada saxlanıldığını deyib.
Rəsmi statistikaya görə, Türkiyədə son 10 ildə 3 000-dən çox körpə xəstəxanalarda şübhəli şəkildə dünyasını dəyişib. Ekspertlər bunun tibb işçilərinin laqeydliyi və qanunsuz əməlləri ilə əlaqəli olduğunu bildirirlər.
Qanunsuz əməlləri hesabına qazanc əldə edən və laqeyd davranışları ilə qəsdən yenidoğulmuşların ölümlərinə səbəb olan cinayətkar qrup barədə aparılan istintaq başa çatdırılaraq ittihamnamə hazırlanıb. İttihamnamə qiymətləndirmə aparılması üçün Bakırköy prokurorluğuna göndərilib.
Məhkəmənin ittihamnaməni araşdırma prosesi davam edir.