Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar ağladı - “Hər gün əzab çəkirdim”

Neymar ağladı - “Hər gün əzab çəkirdim”

Tarix: 20 Oktyabr 2024 19:56

Braziliya millisinin və "Əl-Hilal"ın hücumçusu Neymar çarpaz bağın yırtılmasından sonra sağalmasından danışıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, "NR Sports" yutub kanalında fikirlərini bölüşərkən ağlayıb. 

"Həyatda ən çox sevdiyim şey futbol oynamaqdır. Oynamadığım üçün hər gün əzab çəkirdim", - futbolçu deyib.

Qeyd edək ki, "Əl-Hilal" Neymarı oktyabrın 21-də "Əl-Ayn" ilə keçiriləcək Asiya Çempionlar Liqası matçı üçün heyətə daxil edib.

Xatırladaq ki, Neymar ötən ilin oktyabrında, Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı keçirdiyi görüşdə (0:2) zədələnib. 


Etiketlər:  Neymar ağladı Hər gün əzab çəkirdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ