Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bank 3 sığorta şirkətinə göstəriş verdi

Mərkəzi Bank 3 sığorta şirkətinə göstəriş verdi

Tarix: 21 Oktyabr 2024 18:56

Azərbaycan Mərkəzi Bankı (AMB) "PAŞA Sığorta", "Qala Sığorta" və "Azərbaycan Sənaye Sığorta" ASC-lərə icrası məcburi göstəriş verib.

Sonxeber.net bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən həyata keçirilən araşdırmalar və sığorta bazarının ümumi monitorinqi zamanı 3 sığorta şikətinin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta hadisələri tənzimlənərkən "Yol‐nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda"nın müvafiq bəndlərinə əməl edilməməsi nəticəsində müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 102.2.9-cu maddəsinə əsasən icrası məcburi göstəriş verilib.


Etiketlər:  Mərkəzi Bank sığorta şirkətinə göstəriş verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ