Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2024 10:26
"Ukraynada döyüş əməliyyatları 2,5 ildən çoxdur davam edir. Lakin enerji infrastrukturuna hücumların qarşılıqlı dayandırılması Rusiya-Ukrayna müharibəsinin qaynar fazasına son qoymaq üçün ilk addım ola bilər".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Financial Times" qəzetinə müsahibəsində deyib.
"Biz onların enerji infrastruktur obyektlərinə hücum etmirik, onlar da bizimkilərə", - deyə Zelenski bildirib.
Belə bir qərarın münaqişənin qaynar fazasının sona çatmasına gətirib çıxara biləcəyi ilə bağlı suala "Mən belə hesab edirəm", - deyə Ukrayna lideri cavab verib.
Zelenski qeyd edib ki, bu həm də deeskalasiya istiqamətində əhəmiyyətli addım ola bilər.
Qeyd edək ki, "Washington Post" avqustda mənbələrə istinadən yazıb ki, Moskva və Kiyev münaqişənin gərginləşməsini azaltmaq üçün məxfi danışıqlara hazırlaşır. Vasitəçiliyi Qətər həyata keçirib, lakin Ukrayna qüvvələrinin Kursk bölgəsinə hücumları nəticəsində Rusiya müzakirələri dayandırıb.