Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2024 08:22
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaşın olduğu maşın qəzaya düşüb.
Sonxeber.net TNS-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, nazir TUSAŞ terrorunda şəhid olan taksi şoferi Murad Arslanın dəfn mərasiminə qatılıb. Dəfn mərasimindən sonra te**or hadisəsində yaralananları ziyarət etmək üçün xəstəxanaya yola düşən xanım Göktaşın olduğu maşın qəza törədib.
Zəncirvari qəza zamanı xanım nazir xəsarət almayıb.