Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2024 14:02
"Biz çox şey istəyirik, amma rəqibimiz də bunu planlaşdırır. Son illərdə mükəmməl bir yol keçiblər. Öz işimizi görməliyik".
Sonxeber.net İdman.biz-ə istinadən xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Portuqaliya millisinin baş məşqçisi Fransisko Netu deyib.
43 yaşlı mütəxəssis AVRO-2025-in pley-off mərhələsində Bakıda Azərbaycana qarşı keçirəcəyi oyunla bağlı fikirlərini açıqlayıb. O bildirib ki, matça nəzarət etmək üçün əllərindən gələni edəcəklər: "Futbolçuların çətinliyə hazırlığı əsas məsələdir. Topa sahib olanda nə edəcəyimizi bilmək vacibdir, eyni zamanda, topu itirdikdə güclü və aqressiv bir reaksiya verməliyik. Bu, oyunu daim nəzarətdə saxlamağın bir sirri olacaq. Azərbaycan millisinə imkan versək, topa sahib ola bilərlər. Belə vəziyyətlərdə çox çevikdirlər. Bunun üçün də oyunu ələ keçirmək üçün dominant olmalıyıq. Rəqibin 4 və ya 5 müdafiəçi ilə mübarizə aparacağını bilmirik. Proqnoz verməyi sevmirik. Əsas hədəf futbolçuları hər iki ssenari üçün hazırlamaqdır. Öz ideyamıza fokuslanmalıyıq".
Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı bu gün saat 16:00-da start götürəcək.