Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” gerilədi

“Qarabağ” gerilədi

Tarix: 26 Oktyabr 2024 10:50

Klubların UEFA reytinqi açıqlanıb.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Çempionlar Liqası və Avropa Liqasında III, Konfrans Liqasında II turun oyunları bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycan çempionu "Qarabağ"ın da mövqeyi dəyişib. Evdə "Ayaks"a 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası "Ferentsvaroş"la birlikdə Avropanın 58-ci adına şərikdir.

Hər iki komandanın hesabında 32,000 xal var. "Qarabağ" bir pillə geriləyib.

Təmsilçimizi "Bodo Qlimt" keçib. Avropa Liqasının növbəti turunda "Qarabağ"ı qəbul edəcək Norveç klubu 33,000 xala malikdir.

Qeyd edək ki, "Qarabağ" "Top-100"də yeganə Azərbaycan klubudur.


Etiketlər:  Qarabağ gerilədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ