Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb (FOTO)

İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb (FOTO)

Tarix: 3 Dekabr 2019 18:16

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Vitse-prezidenti, cüdo üzrə ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu, 2015 Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 6-cı dan sahibi, I qrup Qarabağ müharibəsi əlili İlham Zəkiyev 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Azərbaycan Universitetində keçirilən tədbirdə tələbələrlə görüşüb.

Azərbaycan Universitetindən Trend-ə verilən məlumata görə, İlham Zəkiyev görüşdə tələbələrə həyatının müxtəlif məqamları – idmana başlaması, ilk idman uğurları, həqiqi hərbi xidmətdə döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperi tərəfindən vurulması, görmə qabiliyyətini itirməsi, reabilitasiya dövrü, idmana qayıdışı və əldə etdiyi uğurları haqqında məlumat verib, növbəti il Tokioda keçiriləcək paralimpiya oyunlarına hazırlaşdığını bildirib. İlham Zəkiyev çətin dövrü ailəsinin və dostlarının dəstəyi ilə arxada qoyduğunu və Cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Daha sonra əlilliyi olan tələbə - motivatorlar Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə I kurs tələbəsi Məhəmməd Ələkbərov və Menecment ixtisası üzrə I kurs tələbəsi Natiq Rəhimli, tədbirin qonağı, Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Murad Yunusov, ƏSA Teatrının aktyor üzvü Orxan Əliyev çıxış edərək əlilliyi olan şəxslərin sosial adaptasiyası, cəmiyyətə inteqrasiyası problemləri və həll yolları haqqında danışıb, tədbir iştirakçıları ilə öz həyat hekayələrini və təcrübələrini bölüşüblər.

Azərbaycan Universitetinin müəllimi, Vaşinqton Corctaun Universitetinin Azərbaycanda əlilliyi olan uşaqlarla iş üzrə mütəxəssislərin hazırlanması istiqamətində təşkil etdiyi CHED kurslarının müəllimi Züleyxa Nəcəfova çıxışında ölkəmizdə son 10-15 il ərzində əlilliyə olan yanaşma, xidmətlərin təşkili, sosial rifah səviyyəsində müsbət dəyişiliklər olduğunu diqqətə çatdırıb. Azərbaycanda əlilliyə münasibət dövlət əhəmiyyətli məsələdir və ölkəmizin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Tədbirdə qeyd olunub ki, Beynəlxalq Əlilliyi olan Şəxslər Günü hər il dekabrın 3-də qeyd edilir. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan şəxslərin ictimai həyatın bütün sahələrində hüquqlarının qorunmasıdır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Azərbaycanda dövlət tərəfindən həssas qrupdan olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır və bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır.

Tədbir Sosial işin təşkili kafedrası və Tələbə Gənclər Təşkilatı tərəfindən birgə hazırlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb (FOTO) İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb (FOTO) İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb (FOTO) İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb (FOTO) İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb (FOTO) İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb (FOTO) İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb (FOTO) İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb (FOTO) İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb (FOTO) İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb (FOTO)


Etiketlər:  İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ