Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2024 19:40
19:37
Gürcüstanda parlament seçkisində səslərin sayılması prosesi başa çatıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Qeyd edilir ki, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim "Gürcü Arzusu" Partiyası 53,92 % səs toplayıb.
Dörd müxalifət partiyaları cəmi 37,78 % səs yığa bilib. Onlardan "Dəyişiklik Koalisiyası" 11,04 %; "Vahidlik - Milli Hərəkat" 10,16 %; "Güclü Gürcüstan" 8,81 %; "Qaxariya - Gürcüstan naminə" Partiyası isə 7,77 % səs yığıb.
Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib.
--------
12:17
Gürcüstan Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin 99,646%-də (3100 məntəqə) səslərin sayılmasını başa çatdırıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, nəticələrə əsasən, hakim partiya bütün səslərin 54,09%-ni əldə edib.
Partiyaya 1 117 480 seçici səs verib. 4 əsas müxalifət koalisiyası isə birlikdə 37,58% səs qazanıb.