Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dedim ki, kişi kimi rəqs et, dedi, o necə olur?

''Dedim ki, kişi kimi rəqs et, dedi, o necə olur?

Tarix: 29 Oktyabr 2024 09:50

Aparıcı Mətanət Əliverdiyeva son zamanlar azyaşlı oğlanların qız kimi rəqs etməsini tənqid edib.

Sonxeber.net axşam.az-a istinadən  xəbər verir ki, aparıcı "Xəzər axşamı" verilişində məclislərin birində şahid olduğu hadisəni danışaraq valideynlərə səslənib:

"Buradan valideynlərə səslənirəm. Bir tədbirdə idim, orada bir xanım mahnı oxuyur, azyaşlı uşaqlar isə rəqs etmək istəyirdi. Şoka düşdüm, 8-11 yaş aralığında oğlan uşaqları idi. Qız oxuyur, oğlanlar qız kimi rəqs edirlər. Dedim ki, dayan, kişi kimi rəqs et. Sual verir ki, o necə olur? Necə rəqs edirlər göstərdim. Elə oynamağa başladılar. Ana isə onun əvvəlki rəqsini telefonla çəkib, qürurlanırdı. Dedim, qürurlanma, kişi kimi rəqs etməyi öyrət".


Etiketlər:  Dedim kişi kimi rəqs dedi necə olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ